Müəllimlərin vakansiya seçimi YEKUNLAŞDI

17:40 07.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimləri bu gün yekunlaşıb.

Bu barədə hafta.az-a Təhdil İnstitundan məlumat verilib.

Belə ki, sentyabrın 5-də başlayan vakansiya seçimi 7 sentyabr saat 12:00-da yekunlaşıb.

Namizədlərə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilmək imkanı yaradılıb.